Siyəzəndə qəzada ölənlərin 3-ü məktəbli olub

Bu gün Siyəzən rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişən 3 nəfərin orta məktəb şagirdləri olduğu məlum olub.

Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri – 2006- cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, Abasov Nihat Babək oğlu və 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişiblər. (APA)

Əvvəlki məqalə

Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət edib

Sonrakı məqalə

Türkiyədə zəlzələdə həlak olanların sayı 24 617 nəfərə çatıb