“Sizə minnətdarıq!” –Hollivud ulduzu Ukraynaya dəstək verdi

Hollivud ulduzu, məşhur aktrisa Milla Yovoviç Ukraynaya dəstək verib.

Azpost.info xəbər verir ki, akstrisa azadlıqları uğrunda mübarizə aparan Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib. “Mən bütün ukraynalılara öz tarixinin ən dəhşətli dövründə – millətin parça-parça edildiyi, milyonlarla insanın qaçqın düşdüyü və bütün bunlara qarşı cəsarətlə mübarizə aparıldığı bir vaxtda sevgi və dəstək mesajı çatdırmaq istəyirəm. Demək istəyirəm ki, biz sizi görürük, sizin üçün dua edirik və sizi sevirik. Azadlığınız üçün mübarizə apardığınız üçün sizə minnətdarıq”, -ulduz bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda 12 mindən artıq Vətən müharibəsi qazisi var

Sonrakı məqalə

Şirvanda Qızıl Aypara Cəmiyyətinin bölmə sədri tutulub –