Smartfonların yanında özəl mövzular barədə danışmayın –Xəbərdarlıq

“Ağıllı texnologiyalar” bir çox üstünlüklərə malikdir. Lakin o, bəzən rahatlıqdan daha vacib olan riskləri də daşıyır”.

Azpost.info bildirir ki, bu sözləri IT-Reserve şirkətinin direktoru Pavel Myasoedov Prime agentliyinə müsahibəsində deyib.

O xatırladıb ki, istənilən smart-qacetin alqoritmləri insanın vərdişləri, sözləri və hərəkətləri əsasında qurulur. Bu o deməkdir ki, onlar hər cür hiylələrə qarşı həssas ola bilərlər. Özəl və ictimai məlumat arasındakı fərq isə hələ dəqiq müəyyən edilməyib.
“Bütün istehsalçıların məxfiliyə əhəmiyyət vermədiyini nəzərə alsaq, elektron köməkçilərin iştirakı ilə həssas şəxsi və işgüzar mövzuların müzakirəsini məhdudlaşdırmaq daha yaxşıdır”,- deyə Myasoedov vurğulayıb.

Onun sözlərinə görə, cihazları aktivləşdirərkən nüfuzlu brendlərdən avadanlıq almaq və onların istifadəçi müqavilələrini oxumaq son dərəcə vacibdir.

Ekspert elektron cihazları şəxsi məlumatlarla doldurmamağı məsləhət görür. Çünki onlar fırıldaqçıların şikarına çevrilə bilər. Mütəxəssis xəbərdarlıq edib ki, bu məlumatlardan istifadə edərək hakerlər pula çıxış əldə etmək üçün smartfonlara hücum edirlər.

Azpost.info

Əvvəlki məqalə

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək

Sonrakı məqalə

Qarabağda həlak olan sülhməramlıların ailələrinə 1 milyon rubl veriləcək