SMS icazəsi olmayan avtomobillər videokamera vasitəsi ilə cərimələnəcək-Qanun layihəsi hazırlanır

“Sərt karantin rejimi dövründə avtomobillərin dövlət nömrə nişanının SMS icazə sisteminə daxil edilməsi və videomüşahidə kameraları vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa və qanun təsdiqlənərsə, o zaman bu, tətbiq olunacaq”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, Dövlət Agentliyinin sədri deyib ki, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapmalıdır: “Birinci, qanun icazə verməlidir ki, kamera vasitəsi ilə cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”.

  Ü. Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin də dövlət nömrə nişanını yazmaq tövsiyə edilib: “Amma cərimə hələ tətbiq olunmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ASC:

Sonrakı məqalə

“Rusiya ölkəyə miqrant axınında maraqlıdır” –