Moskvanın Xamovniçeski Məhkəməsi tanınmış rusiyalı teleaparıcı Kseniya Sobçakın “Diqqət, Media” mediaholdinqinin kommersiya direktoru Kiril Suxanovu hədə-qorxu ilə pul tələb etməkdə ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib.
Azpost.info xəbər verir ki, digər iki müttəhimin (“Tatler” jurnalının rus versiyasının keçmiş baş redaktoru Arian Romanovski və “Life” jurnalının keçmiş əməkdaşı) hər biri 7 il cəza alıb.
Onlara qarşı “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezovun ərizəsi ilə cinayət işi başlanıb. İddiaya görə, Suxanov “Lights Out” Telegram kanalında onun haqqında mənfi materialları sildiyinə görə Çemezovdan 11 milyon rubl tələb edib.
Kseniya Sobçak həmkarlarına çıxarılan hökmə etiraz edib: “Bu, sadəcə ədalətsizlik deyil. Bu, daha böyük şeydir. Niyə insanların həyatını məhv edirsən?”Nə üçün? 7,5 il? Niyə belə qeyri-mütənasiblik? Sadəcə qisas almaq üçün?”.
Azpost.info