SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Mayın 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2023-cü il üzrə fəaliyyət nəticələrinə dair təqdimat dinlənilib, ötən ilin nəticələri üzrə audit olunmuş maliyyə hesabatı təsdiq edilib. İclasda SOCAR-ın Müşahidə Şurası tərəfindən verilmiş tapşırığa uyğun olaraq, şirkətin 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsi təsdiqlənib.

İclasda həmçinin SOCAR-ın xarici investisiya layihələrində iştirakına və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

Rusiya Yaponiya ilə nüvə silahına dair müqaviləni ləğv edib

Sonrakı məqalə

“Fələstini ayrıca dövlət kimi tanımağımız üçün əsas yoxdur” –