SOCAR ötən il neft satışından 51 milyard manat qazanc əldə edib

30 İyun 2020 - 10:57

SOCAR 2019-cu ildə xam neftin satışından 51,1 mlrd. manat gəlir əldə edib.

Bu barədə “APA-Economics” SOCAR-ın 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən il SOCAR neft məhsullarının satışından isə 22,2 mlrd. manat gəlir əldə edib. “Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınmışdır ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və “Ümid” yatağında hasilatın yüksəlməsidir”, – məlumatda qeyd edilib.