SOCAR ötən il 2,12 milyard manat xalis mənfəət əldə edib

2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gəlir marjasını 10,2 %-dən 11,4 %-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətinin məlumatında deyilir.

SOCAR 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub.

“Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Avropa Komissiyasının Prezidenti ölkəmizə gəlir

Sonrakı məqalə

“Telegram” səsli mesajları qadağan etmək funksiyasını işə salacaq