SOCAR “Petkim”lə “Star”ı birləşdirmək niyyətindədir

Bir neçə il ərzində Türkiyədəki “Petkim” neft-kimya kompleksi (əsas payı SOCAR-a məxsusdur – red.) ilə “Star Rafineri” neft emalı zavodu (NEZ) tam birləşə bilər.

“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi”nin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, iki müəssisə arasında istehsalat tərəfindən inteqrasiya artıq əldə edilib, buna baxmayaraq, hüquqi olaraq onlar iki ayrı şirkətdirlər: “Lakin bizim son hədəfimiz “Petkim”lə “Star”ı birləşdirməkdir”.

  1. Məmmədov qeyd edib ki, bu birləşmənin müxtəlif üstünlükləri ola bilər (vergi və sair). “Petkim” və “Star”ın bir şirkətə birləşdirilməsi asan proses deyil və 2-3 il vaxt tələb edə bilər.

SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan “Petkim” neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan “Petkim”in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.

Xatırladaq ki, SOCAR-ın “Star” zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ-lə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Aktiv vergi ödəyicilərinin sayı 616 mini ötüb” –

Sonrakı məqalə

Bakıda “müharibə qazisi” adı ilə dilənçilik edən fırıldaqçı tutuldu –