“SOCAR-Türkiyə” “təcili yardım” və xilasedici maşınları pulsuz benzinlə təmin edir

“SOCAR-Türkiyə” zəlzələ bölgələrində xilasetmə işlərinə dəstək üçün atdığı addımını bəyan edib.

Azpost.info bildirir ki, şirkət Adıyaman, Qaziantep, Kahramanmaraş, Şanlıurfa və Hataydakı Xəzər -Akaryakıt yanacaqdoldurma məntəqələrinə təcili yardım, yanınsöndürən avtomobillərin, Fövqalədə xidmətin və digər qurumların xilasedici avtomobillərinin pulsuz benzin və dizel yanacağı ilə təmin edilməsinə göstəriş verib.

“SOCAR-Türkiyə” şirkəti bununla bağlı yaydığı açıqlamada müvafiq YDM-lərin siyahısını təqdim edib.

 

 

Əvvəlki məqalə

“Saakaşvilinin həbsi ölkənin imicinə ciddi zərbə vurub” –

Sonrakı məqalə

Britaniyanın Baş naziri Ərdoğanla danışıb