Şokoladdan kimlər imtina etməlidir?- Həkim RƏYİ

Üç yaşından kiçik uşaqlar, süd verən analar və karbohidrat mübadiləsi pozğunluğu olan insanlar şokolad yeməkdən çəkinməlidirlər.

Azpost.info xəbər verir ki, bunu rusiyalı terapevt Zarema Ten bildirib.

O, həmçinin hipertoniya və gut xəstəliyindən əziyyət çəkən insanlara şokoladdan uzaq durmağı tövsiyə edib.

Şokolad ilk növbədə şəkərli diabet və hipertoniyadan əziyyət çəkən insanlara zərər verir. Tərkibində çoxlu şəkər və kofein var ki, bu da onların sağlamlığına zərər verə bilər.

Mütəxəssis allergiya xəstələrinə də şokolad yeməməy tövsiyə edib. Gutdan əziyyət çəkənlər üçün isə şokolad yüksək purin tərkibinə görə təhlükəlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.