“Şokoladnıy zayats” hitinin ifaçısı vəfat edib

Kamerun əsilli rusiyalı müğənni və şoumen Pyer Narsis vəfat edib.

Bu barədə iyunun 22-də onun qızı Karolina Kristel instaqramda yazıb. Onun sözlərinə görə, 45 yaşlı ifaçı böyrək əməliyyatından sonra ürək dayanması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Narsis 2000-ci illərdə “Şokoladnıy zayats” mahnısı ilə məşhurlaşmışdı. O, “Sibir bərbəri”, “Diqqət, modern! 2004” kimi filmlərdə də iştirak edib.

Əvvəlki məqalə

Beyləqanda pambıq tarlasında çalışan 15 nəfər zəhərlənib

Sonrakı məqalə

Ceyms Bondun avtomobilləri hərraca çıxarıldı