“Şolts və hökuməti ilin sonuna kimi istefaya gedəcək”– ABŞ müdafiə nazirinin keçmiş müşaviri

“Almaniya kansleri Olaf Şolts və onun hökuməti bu ilin sonuna kimi istefaya gedəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş baş müşaviri Duqlas Makqreqor “Judging Freedom”a müsahibəsində bildirib.

Onun fikrincə, istefaya almanların həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsi səbəb olacaq.

Amerikalı polkovnik hesab edir ki, Almaniyada iqtidara gələcək yeni hökumət Rusiya ilə münasibətləri normallaşdırmaq kursu götürəcək: “Mənə elə gəlir ki, onlar belə deyəcəklər – biz Rusiya ilə barışmalıyıq. Yeni xətt çəkilməli, ərazi reallığı tanınmalıdır. Biz bunu etmək istəmirik, lakin bir vaxtlar Şarl de Qolun dediyi kimi, Avropada hər kəsin yadda saxlamalı olduğu iki məqam var. Birincisi, ABŞ Avropada yaşamır. İkincisi, Böyük Britaniya bir adadır”.

Azpost.info

Əvvəlki məqalə

“Şeyxülislamın Gürcüstana səfəri soydaşlarımıza böyük mənəvi dəstək oldu” –

Sonrakı məqalə

Azərbaycanın Ukraynadakı səfirliyi müraciət yayıb