“Son 2 həftədə Laçın şəhərində 1300-dən artıq mina aşkarlanıb”- Anar Eyvazov

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə və xüsusi yaşayış məntəqələrinə daxil olaraq bu əraziləri tam nəzarətə götürüblər. Hazırda Azərbaycan Ordusunun bölmələrinin yeni dislokasiya məntəqələrinə yerləşməsi, eyni zamanda, mövqelərin dəqiqləşdirilməsi prosesi həyata keçirilir.

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda mühəndis bölmələri tərəfindən, eyni zamanda, hərbi polisin nəzdində fəaliyyət göstərən kinologiya mərkəzində xüsusi təlim keçmiş itlər vasitəsilə ərazinin minadan təmizlənmə prosesi həyata keçirilir.

“Qeyd etmək istəyirəm ki, son 2 həftə ərzində Laçın şəhərində aparılan mina axtarma fəaliyyətləri nəticəsində 1300-dən artıq mina aşkarlanıb. Məlum olub ki, bu minalar Vətən müharibəsindən sonra Ermənistanda istehsal edilib. Bu, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun hərbi və mülki əhalisinə qarşı təcavüz kimi qiymətləndirilir”, – deyə Anar Eyvazov bildirib.

Əvvəlki məqalə

“Qarabağ” azarkeşlərinə görə cəzalanıb

Sonrakı məqalə

Limonlu su içmək immuniteti gücləndirir