Son sutkada 1428 nəfər yoluxub –

4255 nəfər sağalıb, 38 nəfər vəfat edib
26 Dekabr 2020 - 17:04

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 213192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib, aktiv xəstə sayı 46238 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12507, ötən müddət ərzində isə ümumilikdə 2 141 798 test aparılıb.