Son sutkada 378 nəfər COVID-19-dan sağalıb-

156 nəfər yoluxub
02 İyun 2021 - 16:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325418 nəfər müalicə olunaraq sağalıb, 4926 nəfər vəfat edib, aktiv xəstə sayı 3944 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8834, ötən müddət ərzində isə ümumilikdə 3532472 test aparılıb.