Sosial müavinət və təqaüd alanların sayı açıqlandı

2024-cü ilin noyabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 854 686 nəfər olub.

Bu barədə Azpost-a DSMF-dən bildirilib.

Onların 453 118 nəfərini aylıq sosial müavinət, 401 568 nəfərini isə təqaüd alanlar təşkil edib.