Sosial şəbəkədə azyaşlı qızı ilə görüntüsü yayılan qadın məsuliyyətə cəlb edilib

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana ilə bağlı hazırda təhqiqat araşdırması aparılır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, azyaşlı sığınacağa yerləşdirilib.

Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətilərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırırlması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib.

Ana ilə bağlı araşdırma davam edir.

Əvvəlki məqalə

Bakıda 10 meqa-parkın tikintisi aparılır

Sonrakı məqalə

Bakıda velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılmasına başlanılıb