Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən şəxs həbs edilib

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.

R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.

Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan APA-ya təsdiqləyiblər.

Əvvəlki məqalə

Armen Qriqoryan Rusiya XİN-in xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə edib

Sonrakı məqalə

Kamran Əliyev səfirliyimizin binasına hücumla bağlı Livan Baş prokurorundan təxirəsalınmaz tədbirlərin görülməsini istəyib