Şoyqu Ukraynada sülhə hansı razılaşmanın aparacağınıAÇIQLADI

Rusiyanın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüslərinin əsasını 2022-ci ildə İstanbulda əldə olunan razılaşmalar təşkil edir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O qeyd edib ki, hazırda müxtəlif təkliflər var, onlardan biri Çin və Braziliya tərəfindən irəli sürülüb.

“Müxtəlif təşəbbüslər oldu, ötən il Afrika ölkələri öz təşəbbüsləri ilə gəldilər, daha sonra Braziliya və Çin, 110-a yaxın ölkə onlara qoşuldu. Masada müxtəlif təkliflər var, lakin bizim prezidentimizin Xarici İşlər Nazirliyində verdiyi bəyanat əsasdır. Moskvanın masasında 2022-ci ilin aprelində hər kəsə uyğun İstanbul qərarı var. Təkliflər Ukrayna tərəfindən də bəyənilmişdi”, – Şoyqu bildirib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada istintaq idarəsinin rəisi balta ilə öldürlüb

Sonrakı məqalə

Bəzi məktəb direktorlarının qəbuluna düşmək, mənim qəbuluma düşməkdən daha çətindir