Hollivud ulduzu Kirk Duqlas 103 yaşında vəfat edib. "TASS"-ın verdiyi məlumata görə, bunu tanınmış aktyorun oğlu Maykl Duqlas deyib. Qeyd edək ki, K.Duqlas bir çox rolları, o cümlədən "Spartak" filmindəki rolu ilə tanınıb. Aktyor həmçinin 10 kitab yazıb. K.Duqlas kino tarixinin ən məşhur və uğurlu kişi aktyorlarından biri hesab olunur.