SSRİ xalq artisti Yuri Solomin təcili olaraq Moskvada xəstəxanaya aparılıb.
Azpost.info “Mash” telegram kanalına istinadən bildirir ki, 88 yaşlı sənətkarın insult keçirdiyi iddia edilir.
Bəzi məlumatlara görə, o, gəzinti zamanı o, huşunu itirib və yıxılıb. Digər məlumata görə, aktyorun mənzildə halı pisləşib, bundan sonra yerə yıxılıb.
Malı Teatrının direktoru Tamara Mixaylova bildirib ki, SSRİ xalq artisti işə gedərkən maşına minən zaman huşunu itirib.
Hazırda Solomin xəstəxanadadır.
RT telekanalı Solominin nəvəsi Alekandra istinadən bildirir ki, o, sənətçinin vəziyyəti ilə bağlı heç bir narahatlıq olmadığını qeyd edib. “Şüuru üstündədir, bizimlə əlaqə saxlayır, danışır. Amma hələ ki, diaqnoz qoyulmayıb, gözləyirik. Hazırda ekspertiza aparılır”, – nəvə bildirib.
Yuri Solomin “Adi bir möcüzə” və “Əlahəzrətin yavəri” filmlərindəki rolları ilə tanınır.
Azpost.info