İstehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsi qadağan olundu

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əvvəlki məqalə

Azərbaycanla İsrail arasında 200 milyon dollarlıq investisiya sənədi imzalanacaq

Sonrakı məqalə

Netanyahu Ceyhun Bayramovla İranın sabitliyə yaratdığı təhlükəni müzakirə edib