Stoltenberq NATO ölkələrini Çinə sanksiyalar tətbiq etməyə çağırıb

Pekin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişməsə, NATO ölkələri anti-Çin sanksiyaları tətbiq etməyi düşünməlidir.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq CNN telekanalında bildirib.

“Çin Rusiyaya dəstəyi dayandırmasa, NATO müttəfiqləri iqtisadi sanksiyaların tətbiqini nəzərdən keçirməlidirlər”, – o deyib.

Baş katib hesab edir ki, Çin lideri ölkəsinin bu münaqişənin önündə olmadığı təəssüratını yaratmaq istəyir.
Bununla yanaşı, Stoltenberqin sözlərinə görə, Çin Rusiyaya hərbi iqtisadiyyatı inkişaf etdirməyə kömək edir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.