Stresin depressiyaya çevrilməsinin qarşısını bu cür alın!- Stress hormonu necə bloklanır?

Stresdən xilas olmaq və onun depressiyaya çevrilməsinin qarşısını almaq üçün nə etmək lazımdır?

Azpost.info xəbər verir ki, psixologiya elmləri namizədi Sofya Sulim deyir ki, ilk növbədə stress vəziyyətinin özünü dərk etmək vacibdir.

“Böyük əksəriyyət xroniki stress altında olduğunu dərk etmir. Bunu dərk etmək çətin deyil. Əvvəlcə bədəninizi müşahidə etməlisiniz. Stresin tipik əlamətləri gərgin bədən, sıxılmış çənə və yumruqlardır”, – psixoloq bildirir.

Mütəxəssis əmin edir ki, stress altında olduğunuzu dərk etsəniz, ondan uğurla qurtulma prosesi 90 faiz başa çatmış olacaq. Bundan sonra stresin baş vermə səbəblərini müəyyən etmək və bunun əsasında problemin həll yolunu tapmaq lazımdır:

“Səbəb ailə daxilində, işdə ola bilər. Sizə ölkədəki ümumi vəziyyət və dünyada baş verənlər də təsir edə bilər. Özünüzə verilən suallar və ya psixoloqun köməyi ilə qorxularınızı tanımalısız. Adətən, insanlar tək qalmaqdan, tək ölməkdən, yoxsulluqdan, qocalıqdan qorxurlar. Buna qədər insan dibə qədər ələk-vələk etməlidir. Çünki stress əsl ehtiyaclarımızı və qorxularımızı tanımadığınız zaman baş verir. Qorxunu görməli və yalnız bundan sonra onu necə transformasiya edə biləcəyinizə qərar verməlisiz. Siz hətta qorxunuzdan qorxa və onun fərqində ola bilərsiniz. Amma yenə də hərəkət edin. Bunun sayəsində bədən tərəfindən istehsal olunan və müsbət emosiyalara cavabdeh olan biokimyəvi maddələr bədəni tamamilə tükəndirən stress hormonunu bloklayacaq”.

Stress müəyyən bir hadisəyə görə yaranıbsa, psixoloqun fikrincə, insan bu vəziyyətdə nələrə dözə bilməyəcəyini, hansı gözləntiləri olduğunu və hansı xəyal qırıqlıqları yaşadığını başa düşməlidir.

Bu vəziyyətdə stresin depressiyaya çevrilməməsi üçün psixoloq insanlara hisslərdən qaçmamağı məsləhət görür: “Bu, bir mütəxəssislə edilə və ya insan bu barədə gündəliyinə yaza bilər. Rəqs etmək, yoqa dərslərinə və ya meditasiyaya getmək, doyunca ağlamaq da olar”.

Azpost.info

Əvvəlki məqalə

İndiyədək 190-a yaxın jurnalistin adı Media Reyestrinə daxil edilib

Sonrakı məqalə

Qarabağın bərpa və yenidənqurulmasına 6,5 mlrd. manat ayrılıb