Süleymanin qısası üçün Bolton və Pompeoya sui-qəsd planı - CNN detalları açıqladı

SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) üzvü Şahram Poursəfi Ağ Evin keçmiş müşaviri Con Boltona və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeoya sui-qəsd cəhdində ittiham olunur.

Azpost.info xəbər verir ki, bu barədə CNN ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bu sui-qəsdin Korpusun lideri Qasam Süleymaninin 2020-ci ilin yanvarında aradan qaldırılması ilə bağlı qisas olduğu iddia edilir.

Prokurorlar bildiriblər ki, 45 yaşlı İran vətəndaşı Poursafi Boltonu öldürməyə görə amerikalıya 300 min dollar ödəməyi vəd edib və ona 1 milyon dollarlıq “ikinci işin” də olduğunu deyib. Bunun da Pompeoya sui-qəsd olduğu ehtimal edilir.

Kanalın mənbələrinin məlumatına görə, Ədliyyə Nazirliyi eks-dövlət katibinə onun da sui-qəsd planının hədəflərindən biri olduğunu bildirib.

Poursafi etiraf edib ki, killer tutmaq üçün ABŞ-da FTB-yə gizli şəkildə məlumat verən şəxslə əlaqə saxlayıb. Ondan killer tapa bilib-bilməyəcəyini soruşub.

İrəli sürülən ittihamlar təsdiqini tapsa, Poursafini 25 il müddətinə azadlıqdan məhrumetmə, həmçinin 250 min dollarlıq cərimə cəzası gözləyir.

Azpost.info

 

Əvvəlki məqalə

Gədəbəyin yeni icra başçısı Orxan Mursəlov kimdir? –

Sonrakı məqalə

Yay aylarında gündə 3-4 litr su içilməlidir