“Sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir” –XİN

“Biz bu gün daha çox postmünaqişə dövründən danışsaq da əvvəlki cinayətlərə də düzgün qiymət verilməsi məsələsini diqqətdə saxlamalıyıq. Belə məsələlərdən biri də tarixi abidələrimizin dağıdılmasıdır”.

Bunu “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” mövzusunda konfransda xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib: “Bizim hazırda hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanmasıdır. Ötən ildən etibarən bu istiqamətdə işlər başlanıb”.

O bildirib ki, bu gün Azərbaycan azad olunmuş ərazilərdə məscidlərin açılması, abidələrin bərpası ilə sülh mesajı veirir: “Bildiyiniz kimi, Ağdamda Cümə məscidinin bərpası prosesi gedir. Postmünaqişə dövründə mədəni abidələrin bərpası və sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir.”(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov Finlandiyanın yeni səfiri ilə görüşüb

Sonrakı məqalə

İlham Əliyev Ermənistanla Üçtərəfli işçi qrupunun həmsədrini qəbul edib