“Sülh müqaviləsi üçün real imkan, tarixi məqam var”- MİRZOYAN

Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması və Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə dövlət sərhədinin demarkasiyası prosesinə sadiqdir.

Azpost.info xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib.

“Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması və Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında dövlət sərhədinin demarkasiyası prosesinə sadiqdir. İmzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça biləcək sülh müqaviləsi layihəsini yekunlaşdırmaq üçün real imkan, tarixi məqam var”, – o bildirib.

Mirzoyan əlavə edib ki, Ermənistan suverenlik, yurisdiksiyaya tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan bütün regional kommunikasiyaların açılmasında çox maraqlıdır.

Azpost.info

 

Əvvəlki məqalə

Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Sonrakı məqalə

Naxçıvanda itkin düşən hərbçimizin meyiti tapıldı