“Sülh müqaviləsindən sonra seçki ilə bağlı referendum olacaq” –İLQAR MƏMMƏDOV

“Ölkədə proprsional seçki sisteminin bərpası üçün keçirilən referendumu ertələyən Ermənstanla sülh danışıqlarının gedişidir. Hakimiyyət sırf bu sülhdən ötrü ayrı bir referendum keçirmək istəmir.  Sülhün konturları barədə Ermənistanla tam anlaşma əldə edilən an referendum da daha real görünər”.
Azpost.info bildirir ki, bu sözləri REAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.  Onun sözlərinə görə, hələlik isə, referendumun olacağını, seçki sisteminin dəyişəcəyinı dəqiq demək olmur.
İ.Məmmədov deyib ki,  hakimiyyət tam ciddiyyətlə Konstitusiyanı dəyişib proporsional sistemin tətbiqi üçün fürsət gözləyir: “YAP nisbətən düz seçki keçirmək istəsə də, majoritar dairələri rahat udacaq namizədləri çox azdır. Proporsional sistemdə partiya siyahıları yarışır və ictimai diqqət siyahının yuxarısındakı ilk 5-10 nəfər üzərində olur. Belə yarışa YAP nisbətən daha yaxşı hazırdır: adam arasına çıxarmağa 5-10 nəfər hörməti namizədi var” -deyə REAL sədri vurğulayıb.
Əvvəlki məqalə

“Bakı ilə danışıqlarda anklavlar məsələsi qaldırılmayıb” –

Sonrakı məqalə

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək