“Sülh sazişi ilin sonuna imzalana bilər” –Ermənistan Təhlükəsizlik Şurasının katibi

2023-cü ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimal olunur.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televizyasına müsahibəsində deyib.

“Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. İntensivlik bu cür davam edərsə və beynəlxalq birliyin güclü köməyi olarsa ilin sonuna qədər sülh sazişinin imzalaması imkanı var. Biz razılaşmanı mümkün qədər tez imzalamaq əzmindəyik”, – deyə Qriqoryan bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.