Paşinyandan sülh sazişi ilə bağlı açıqlama –"13 maddə və ön söz tam razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb.

Azpost.info  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan Dialoqu” forumunda deyib.

Paşinyan deyib ki, Cənubi Qafqazda uzunmüddətli sülh təkcə mümkün deyil, həm də realdır.

“Sülh müqaviləsinin 80%-i razılaşdırılıb. Hazırda saziş layihəsinin 13 maddəsi və ön sözü tam razılaşdırılıb. Əsasən bir-iki cümlədən ibarət daha 3 maddə qismən razılaşdırılıb – təkliflərdən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb”.

O, yenidən Bakı ilə razılaşdırılmış sülh müqaviləsinin maddələrinin imzalanmasını təklif edib.

Qeyd edək ki, bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi “qismən razılaşdırılmış” sülh müqaviləsinin imzalanmasını qəbuledilməz hesab etdiyini bəyan edib və yenidən İrəvandan Konstitusiyanın dəyişdirilməsini tələb edib.

Əvvəlki məqalə

Yaşa görə sosial müavinət alanların sayı açıqlanıb

Sonrakı məqalə

Azərbaycanda 4 universitetdə yenilik