Rusiya sülhməramlıları Qarabağın mülki əhalisi üçün ərzaq və ilkin tələbat malları da daxil olmaqla 50 tondan çox humanitar yük çatdırıblar.
Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yardım Laçın və Ağdam yolu ilə Xankəndiyə aparılıb.
Müdafiə Nazirliyinin məlumatına görə, hazırda 826 mülki şəxs Rusiya sülhməramlı kontingentinin sərəncamındadır. Mülki şəxslərə bütün lazımi köməkliklər göstərilir.