Sumqayıt bulvarında yolu süpürən 39 yaşlı qadını maşın vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən qadını  avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən şəxs bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Zeynalova Səriyyə Tofiq qızı olub.

Fakt araşdırılır.

Əvvəlki məqalə

Bu günün valyuta məzənnələri

Sonrakı məqalə

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb