Sumqayıt dəmir yolu vağzalında yanğın söndürülüb –YENİLƏNİB

Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.

Barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

**

Sumqayıt dəmiryolu vağzalında baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, hazırda soyutma işləri aparılır.

**

Sumqayıt dəmir yolu vağzalında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.

Yanğının qarşısını almaq üçün müvafiq işlər görülür. (Report)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.