Sumqayıtda 17 yaşlı yeniyetmə bıçaqla qətlə yetirilib, iki qardaş tutulub

Sumqayıtda qətl hadisəsi olub. APA xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

2008-ci il təvəllüdlü Emil Elçin oğlu Qələndərov naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

Fakt araşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.