Sumqayıtda məktəbi dərmanladılar, şagirdlər zəhərləndi- VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb.

Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər.

Bu barədə Bakupost.az-a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib.

Övladı məktəbdə zəhərlənən valideyn deyib:

“Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər! 6-7 saat orda qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir”.

Valideynlər bir məsələdən də şikayətçidirlər.

İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.