Sumqayıtda müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı –FOTO

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarılıb.

Araşdırma aparılaraq akt tərtib olunub və Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.
Xatırladaq ki, E.İbrahimovanın müəllimlərdən açıq-aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. O, vatsap qrupuna səs ataraq təmir bəhanəsi ilə hər müəllimdən 50 manat tələb edib. (Trend)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.