Sumqayıtda mənzlidən meyit çıxdı

Sumqayıtda mənzlidən meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər”, – deyə məlumatda qeyd olunub.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.