Sürət qatarı Keşlədə adamı vuraraq öldürüb

Bakıda sürət qatarı adamı vuraraq öldürüb.

Hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb.

Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşıma Departamentinə məxsus “Stadler- EŞ- 019” saylı Biləcəri- Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Gəncə terrorunu törədənlər axtarışa verilib –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri