Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə BakI-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik maşını hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb.
Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı 1 nəfər ölüb. Xəsarət alanlar da var.
Faktla bağlı araşdırma aparılır.
Ucarda qəzada ölən və yaralanan şəxslərin adı bəlli olub.
O, 2014-cü il təvəllüd Aynişan Elnur qızı Abdullayevadır.
Xəsarət alanlardan biri 2019-cu il təvəllüdlü Ruqiyyə Elmir qızı Abdullayevadı.
Yaralı Ucar rayonuna gətirilib. Digər xəsarət alanlar – 1992-ci il təvəllüdlü Səidə Nazim qızı Nəsibova və 1965-ci il təvəllüdlü Kamalə Zabit qızı Nəsibova Kürdəmir xəstəxanasına yerləşdirilib.
DIN-in rəsmi məlumatında deyilir ki, bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.