Şuşada minalar qısa müddətdə təmizlənib –Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi

“Minalar işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə mane olur”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.

O qeyd edib ki, mina problemi soydaşlarımızın öz yurdlarına qaytarılmasında çətinlik yaradır. Dövlət qurumlarımız insanların öz evlərinə qayıtması üçün çalışır. Bu istiqamətdə istənilən təşəbbüslərə dəstək vermək istəyirik.

Şuşanın qısa dövr ərzində – 44 günlük Vətən müharibəsi nəticəsində azad olunduğunu diqqətə çatdıran Aydın Kərimov deyib: “Müvafiq dövlət qurumları da Şuşada minatəmizləmə proseslərini qısa müddətdə yerinə yetirib. Biz Şuşada yerli enerji şəbəkəsini də qurmuşuq, xəstəxanalar, məktəblər tikirik. Şuşada iki mindən çox tarixi bina var. Onlar işğaldan dövründə dağıdılıb. Eyni zamanda, biz mədəni irsimizi də bərpa edirik”.

Əvvəlki məqalə

Prezident Konqonun yeni səfirinin etimadnaməsini qəbul edib

Sonrakı məqalə

“Kölgə donanması” ilə daşınan milyardlar