Şüşəsi “skotç”lanmış avtobus marşrutu müsabiqəyə çıxarılır

Sosial şəbəkədə 91 nömrəli avtobusla bağlı yayılan görüntülərə görə araşdırma aparılıb.

Bu barədə AYNA-dan bildirilib.

Qeyd edilib ki, daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən qeydə alınıb.

“91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkədə 91 nömrəli avtobusun arxa şüşəsinin “skotç”lu olması ilə bağlı görüntülər yayılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.