Səudiyyə şirkəti Dubayda “Tramp Tower” inşa edəcək- Trampın şirkəti ilə birgə

Exterior view of the entrance to Trump Tower (at 721 Fifth Avenue), New York, New York, January 10, 2017. (Photo by Mark Reinstein/Corbis via Getty Images)

ABŞ-ın sabiq prezidenti və hazırda Respublikaçıların prezidentliyə rəsmi namizədi Donald Trampın şirkəti neftlə zəngin Körfəz regionunda son layihəsi olan BƏƏ-nin biznes mərkəzi Dubayda hündürmərtəbəli qüllə tikmək üçün Səudiyyəli inşaatçı ilə ortaq müqavilə imzalayıb.

“Trump Tower Dubai” Dubaydakı ən məşhur lüks mallar bazarında inşa ediləcək. Bu barədə şəhərin daşınmaz əmlak şirkəti “Dar Global” mətbuata açıqlamasında bildirib.

Səudiyyə Ərəbistanının “Dar Al Arkan” qrupunun beynəlxalq törəmə şirkəti “Dar Global” bildirib ki, layihəyə “Trump” oteli və müasir standartlara cavab verən yaşayış binaları da daxildir.

Açıqlama iki həftədən bir qədər çox vaxt keçdikdən sonra “Dar Global”ın Səudiyyə Ərəbistanının sahilyanı Ciddə şəhərində hündürmərtəbəli qüllə tikmək üçün Trampın şirkəti ilə ayrı bir razılaşma elan etdikdən sonra verilib. Firmanın internet saytında yerləşdirilən məlumata görə, o, həmçinin qonşu Omanın paytaxtında 2028-ci ildə tamamlanacaq “Trump” oteli və lüks villaların layihələrini hazırlayır.

ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2017-ci ildə vəzifəyə gəldikdən sonra daşınmaz əmlak imperiyasının idarə olunmasını oğullarına həvalə edib, baxmayaraq ki, şirkətdəki səhmlərini saxlayıb. Onun xarici biznes əlaqələri tənqidçiləri mümkün maraqlar toqquşması barədə həyəcan təbili çalmağa vadar etdi.

Builki prezident seçkilərində artıq Respublikaçıların təsdiq edilmiş namizədi olan Donald Tramp səlahiyyət müddəti ərzində ərəb Körfəz dövlətləri ilə sıx əlaqələr quraraq, ilk xarici səfəri üçün Səudiyyə Ərəbistanını seçmişdi. Onun oğlu və şirkətin icraçı vitse-prezidenti Erik Tramp açıqlamasında bildirib: “Biz “Trump Tower Dubai” qülləsinin tikintisi ilə bölgədəki mövcudluğumuzu daha da genişləndirməkdən qürur duyuruq”(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.