Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edilib. “Report” xəbər verir ki, bununla bağlı Təhsil naziriCeyhun Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilib: Apellyasiya Şurasının sədri: Firudin Qurbanov – Təhsil nazirinin müavini; Apellyasiya Şurasının üzvləri: Muxtar Məmmədov – Aparat rəhbəri; Fərzəli Qədirov – Aparat rəhbərinin müavini; Anar Cəfərov – Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən; Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri; Amil Əlili – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini; Bəhruz Müslümov – Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri.