Təcridxanadakı qiyamçılar görüşə gəlmiş din xadiminin təklifini rədd ediblər –DETALLAR/FOTO

Rostov təcridxanasında baş vermiş qiyamla bağlı bəzi məqamlar bəlli olub.

Azpost.info bildirir ki, bu barədə rus teleqram kanalları məlumat verib.

SHOT-un məlumatına görə, əməliyyat şöbəsinin rəisi Aleksandr Boqma əvvəlcə Rostov 1-ci istintaq təcridxanasına terrorçularla danışıqlar aparmağa gəlib. Onların əlində kiçik inspektor, 23 yaşlı Viktor Konçakov olub. Danışıqlar zamanı Boqma da girov götürülüb.

Az sonra danışıqlara Rostov Müsəlmanları Ruhani İdarəsinin imamı Məhəmməd Bikmayev gəlib. O, terrorçulardan silahlarını yerə qoyaraq girovları azad etməyi xahiş etsə də, danışıqlar nəticəsiz başa çatıb. Bundan sonra təhlükəsizlik qüvvələri hücuma başlayıb. Bu zaman girovları azad edib və terrorçuları məhv ediblər.

 

Qeyd edək ki, bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.

Sosial şəbəkələrdə əllərində bıçaq və İŞİD-in simvolikası, bayrağı olan şəxslərin video görüntüləri yayılıb.

Rusiya mətbuatı girov götürənlərin kimliyini artıq açıqlayıb. Məlum olub ki, həmin şəxslər Karaçay Çərkəz Reapublikasının ərazisində terror aktı törətməkdə təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Akiyev Şamil, Qiriyev Tamerlan Tsiskiyev Azamatdır. Onların hər üçün hər üçünün İnquşetiya sakini olduğu bildirilib.

 

Əvvəlki məqalə

Pakistanın Baş naziri Prezident İlham Əliyevə zəng edib

Sonrakı məqalə

Ukrayna üzrə sammitin yekun sənədini 91 ölkədən 80-i dəstəkləyib