“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər – Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayır.
Məhkəmə prosesi Bakı Hərbi Məhkəməsinin icraatında olsa da proses Sumqayıt Məhkəmə Komleksində keçiriləcək.
Vəkil Rəsul Cəfərov APA-ya bildirib ki, proses iştirakçılarının çox olması səbəbilə işə Sumqayıt Məhkəmə Kompleksində baxılması qərara alınıb.
Bu gün cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.
192 nəfərin zərərçəkmiş qismində tanındığı cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.