“Tərtər işi” üzrə ittiham olunan general Orucovun məhkəməsinin vaxtı məlum olub

“Tərtər işi” ilə bağlı ittiham olunan 5 nəfər – general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi məhkəmənin vaxtı məlum olub.

Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası aprelin 5-nə təyin olunub.

 

İş üzrə məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksində keçiriləcək. (APA)

 

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

 

Əvvəlki məqalə

“Hələ ölməmişəm…” –

Sonrakı məqalə

Sumqayıtda 13 yaşlı uşaq itkin düşüb –