“Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”- Qurban Qurbanov

“Təsəvvür edin, 2 saat 30 dəqiqə yolda tıxacda olmuşuq. Avtobusda oturaraq uzun müddət yol getmək futbolçuların konsentrasiyasını pozur. Bunu məğlubiyyətimizin səbəbi kimi göstərmək istəmirəm, lakin belə turnirdə bu kimi hallar baş verməməlidir”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Londonda “Tottenhem”ə qarşı keçirilən oyun sonrasında keçirilən mətbuat konfransında deyib.

Komandanın baş məşqçisi uzun müddət yolda qalmalarının oyuna təsir etdiyini vurğulayıb: “Britaniyanın öz qanunları var. Bizə polis eskortu verilmədi və özümüz gəldik. Belə bir trafikdə gecikmək qaçılmaz idi və bunun təsiri böyük oldu”,- deyə baş məşqçi vurğulayıb.

Qurban Qurbanov məğlubiyyəti sırf bu vəziyyətlə əlaqələndirmədiyini əlavə edib: “Demək istəmirəm ki, rəqib buna görə qalib gəldi. Rəqiblərimiz güclü idi.  İki saat yarım yol gəlmişik. Bu, istər-istəməz futbolçuların konsentrasiyasını pozdu. Ancaq bunu səbəb kimi göstərmək istəmirəm. Yenə də belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.

Əvvəlki məqalə

“Gələn il Putin üçün vəziyyət xeyli çətinləşəcək”

Sonrakı məqalə

“Ukraynanın qələbəsini təmin etməyə çalışacağam”