TƏBİB Ermənistanın təxribatı nəticəsində yaralanan mülki şəxslə bağlı açıqlama yayıb

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların nəticəsində mülki şəxs – Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu yaralanıb.

TƏBİB-dən verilən xəbərə görə, A.Musayev sol baldırın qəlpə yarası diaqnozu ilə sentyabrın 13-ü saat 22:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan 1 saylı Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

Xəstəyə zəruri tibbi yardım göstərilib, daha sonra dizaltı arteriyanın doppler müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə göndəriş verilib. Müayinə nəticəsində əməliyyat edilməsi qərara alınıb.

Əvvəlki məqalə

Prezident Dünya Bankının regional vitse-prezidentini qəbul edib

Sonrakı məqalə

Zelenski azad edilmiş İzyuma gedib – FOTO