TƏBİB-in sabiq rəhbəri istefasından sonra ilk dəfə göründü –FOTO

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonra ilk dəfə ictimai tədbirdə görünüb.

Hazırda Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində çalışan R. Bayramlı bir neçə gün əvvəl universitetin professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib.

Qeyd edək ki, R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotolarıdır. (Axşam.az)

Əvvəlki məqalə

“Ukrayna üfunətli çürüntüyə çevrilir, çöküşü qaçılmazdır”

Sonrakı məqalə

“Qarşıdakı illərdə milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”